Avtomobil iki bacını vuraraq öldürüb - YENİLƏNİB 2
Əsəd Abbaslı
Ağdaşda iki qadının ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, qəzada dünyasını dəyişən qadınlar bacıdırlar.
Belə ki, Bakı-Qazax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində Zabit Rəsulov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyadalar- 49 yaşlı Sədaqət Ramazanova və 47 yaşlı Elnarə Sultanovanı vurub.
Xəsarət alan şəxslər hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanılıb.
20:19
Ağdaş rayonunun Əmirarx kəndi ərazisində baş verən yol qəzasında ölən piyadaların kimliyi məlum olub.
Operativ Media xəbər verir ki, onlar 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Elnarə Soltanovadır.
19:33
Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağdaş rayonunun Əmirarx kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçmək istəyən iki qadını vurub.
Piyadalar aldıqları ağır xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.
Hazırda onların kimlikləri dəqiqləşdirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Teqlər:
"Avtomobil iki bac\u0131n\u0131 vuraraq \u00f6ld\u00fcr\u00fcb - YEN\u0130L\u018fN\u0130B 2"