Gömrük nəzarətindən gizlədilmiş qızıl külçələr aşkar edilib
Nərmin Qocamanlı
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Operativ Media DGK-ya istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.
Yoxlama zamanı həmin şəxsin gödəkcəsində və əl çantasında gömrük nəzarətindən gizlədilən 37 ədəd "Pamp" markalı, ümumi təqribi çəkisi 365 qram qızıl külçə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net