Menyu

Lənkəranda bıçaqlanma olub

Əsəd Abbaslı
Lənkəranda bıçaqlanma olub

Lənkəranda bıçaqlanma hadisəsi qeydə alınıb.

Operativ Media xəbər verir ki, Lənkəran rayonunun Liman şəhər sakini, 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev bıçaqlanma nəticəsində ağır xəsarət alıb.

O, sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb və dərhal əməliyyata alınıb.

İlkin məlumata görə, Camal Abdullayevə xəsarəti onun qardaşı yetirib.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır, faktla bağlı müvafiq orqanlar tərəfindən istintaq aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər