Menyu

Bakıda “Fintex Forumu 2025” öz işinə başlayıb

Nərmin Qocamanlı
Bakıda “Fintex Forumu 2025” öz işinə başlayıb
1 dəq oxu

Azərbaycan Fintex Assosiasiyası (AzFina), Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda “Fintex Forumu 2025” keçirilir.

Operativ Media xəbər verir ki, forumda fintex ekosisteminin inkişafı, açıq bankçılıq, rəqəmsal ödənişlər və kibertəhlükəsizlik məsələləri müzakirə olunur.

Tədbir çərçivəsində Azərbaycan və Türkiyə Fintex Assosiasiyaları arasında, həmçinin Azərbaycan Fintex Assosiasiyası ilə Beynəlxalq Konsaltinq Şirkəti arasında əməkdaşlıq sənədləri imzalanacaq.

Qeyd edək ki, Forumun məqsədi fintex sektorunda beynəlxalq əməkdaşlığın gücləndirilməsi və rəqəmsal maliyyə xidmətlərinin inkişafına dəstək göstərməkdir.

Əlaqəli Xəbərlər