Azərbaycanda daha 201 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək
Nərmin Qocamanlı
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh küçəsindəyerləşən yaşayış kompleksində daha 201 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.
Operativ Media xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Məlumata görə, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.
Yeni mənzillər seçim üçün oktyabrın 17-si saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 8 255 kirayə müqaviləsi bağlanıb.
Teqlər:
"Az\u0259rbaycanda daha 201 m\u0259nzil satmaq \u00f6hd\u0259liyi il\u0259 kiray\u0259y\u0259 veril\u0259c\u0259k"