Menyu

Hava ilə bağlı sarı xəbərdarlıq edilib

Şəfa Hüseynli
Hava ilə bağlı sarı xəbərdarlıq edilib

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə oktyabrın 10-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Operativ Media-ya  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Göyçay, Zərdab və Ağdaşda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu narıncı xəbərdarlığa uyğundur.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin digər bölgələrində isə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu isə sarı xəbərdarlıq deməkdir.

Teqlər:

"Hava il\u0259 ba\u011fl\u0131 sar\u0131 x\u0259b\u0259rdarl\u0131q edilib"

Əlaqəli Xəbərlər