Menyu

Şəkidə oğurluq etdiyi evi yandıran şəxs tutulub

Şəfa Hüseynli
Şəkidə oğurluq etdiyi evi yandıran şəxs tutulub

Şəki rayonunun Vərəzət kəndində oğurluq hadisəsi qeydə alınıb.

Gecə saatlarında evlərdən birinə daxil olan naməlum şəxs əvvəlcə oradan 3 min manat dəyərində qızıl-zinət əşyalarını, eləcə də 2 min manata yaxın pulu ələ keçirib və daha sonra iz itirmək məqsədilə həmin evi yandırıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Operativ Media-ya bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, 30 yaşlı Elmin Camalov saxlanılıb.

O, evdə heç kimin olmamasından istifadə edərək həmin ünvana daxil olduğunu və əməlini həyata keçirdikdən sonra oğurluq etdiyi otağı yandırdığını bildirib.

Oğurlanmış pul və qızıl-zinət əşyaları saxlanılan şəxsin avtomobilindən, eləcə də işlədiyi bərbərxanadan aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim edilib.  
Faktla bağlı araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər