Lənkəran-Lerik yolunda qəza baş verib, 5 nəfər yaralanıb
Nərmin Qocamanlı
10.10.2025-ci il tarixində saat 08:00 radələrində Lənkəran-Lerik yolunun Təngivan kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (4 qadın, 1 kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub.
Hazırda pasiyentlərin müalicələri tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Məlumata görə, xəsarət alan şəxslər məktəbli və tələbələrdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net