Menyu

Gecikdirilmiş 380 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Nərmin Qocamanlı
Gecikdirilmiş 380 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-sentyabr ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 380,8 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Həmin vəsaitin 92 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 56 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər