Menyu

Elm və Təhsil Nazirliyi qrant müsabiqəsi elan edir

Nərmin Qocamanlı
Elm və Təhsil Nazirliyi qrant müsabiqəsi elan edir
1 dəq oxu

Elm və Təhsil Nazirliyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi elan edir.

Elm  və Təhsil Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, qrant müsabiqəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulur.

Müsabiqəyə təqdim olunacaq layihə təkliflərinin qəbulu 27 oktyabr 2025-ci il tarixinədək musabige@edu.gov.az elektron poçtu vasitəsilə aparılacaq.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

Əlaqəli Xəbərlər