Menyu

Göyçayda soyğunçuluq edən şəxslər saxlanılıblar

Şəfa Hüseynli
Göyçayda soyğunçuluq edən şəxslər saxlanılıblar

Göyçay rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər vətəndaşın mobil telefonunu açıq talama yolu ilə ələ keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Operativ Media-ya  bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə təqsirli bilinən əvvəllər də məhkum olunmuş 23 yaşlı Nicat Miriyev və 20 yaşlı Rahim Eminli saxlanılıb. Polis əməkdaşları tərəfindən mobil telefon maddi sübut kimi aşkarlanaraq götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə N.Miriyev və R.Eminli barəsində həbs qətimkan tədbiri seçilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər