Masazırda elektrik enerjisinin verilişində fasilə olacaq

Şəfa Hüseynli
Masazırda elektrik enerjisinin verilişində fasilə olacaq

Elektrik enerjisinin təchizatının yaxşılaşdırılması məqsədilə Abşeron rayonu Masazır qəsəbəsinin elektrik şəbəkəsində təmir-bərpa işləri həyata keçiriləcək.

Operativ Media xəbər verir ki,  bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Görüləcək işlərlə əlaqəli olaraq 11 oktyabr 2025-ci il tarixində saat 10:00-dan 16:00-dək  Masazır qəsəbəsində yerləşən İlyas Bayramov, Mübariz İbrahimov, Salatın Əsgərova, Əli Mustafayev, Hakim Abbasov, Murtuza Muxtarov, İstiqlal, Ağaxan Abdullayev küçələri, eləcə də Zəngilan şəhərciyi, “Rahat Nəfəs”, “4 Qardaş” MTK, “PARK Salori”, “AAAGF” MTK, “Viktoriya” MTK və “Məzunlar Evi” yaşayış sahələri üzrə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilər daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Digər xəbərlər