Menyu

Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək

Ayşən Sadıxzadə
Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək
1 dəq oxu

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illik yubileyi münasibətilə Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək.  Operativ Media bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, bu münasibətlə 14-19 oktyabr tarixlərində muzeyə giriş pulsuz olacaq.

"Bu fürsətdən siz də yararlanın – muzeydə dəmir yollarının 145 illik tarixinə səyahət edənlərdən olun", - deyə səhmdar cəmiyyəti bəyan edib.

Əlaqəli Xəbərlər