Menyu

Əmircan qəsəbəsində 43 yaşlı şəxs qətlə yetirilib, 16 yaşlı yeniyetmə saxlanılıb

Nərmin Qocamanlı
Əmircan qəsəbəsində 43 yaşlı şəxs qətlə yetirilib, 16 yaşlı yeniyetmə saxlanılıb

Oktyabrın 11-də Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan Operativ Media-ya verilən məlumata görə, araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

V.Ş (şərti) rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Teqlər:

"\u018fmircan q\u0259s\u0259b\u0259sind\u0259 43 ya\u015fl\u0131 \u015f\u0259xs q\u0259tl\u0259 yetirilib 16 ya\u015fl\u0131 yeniyetm\u0259 saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər