Menyu

Emin Əmrullayevin rəhbərliyi ilə “Təhsil” Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Nərmin Qocamanlı
Emin Əmrullayevin rəhbərliyi ilə “Təhsil” Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Oktyabrın 13-də Elm və Təhsil Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Təhsil” üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib.

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, Elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən iclasa aidiyyəti dövlət qurumlarının nümayəndələri də qatılıblar.

İclas çərçivəsində 2027–2030-cu illərdə təhsil sahəsində həyata keçirilməsi planlaşdırılan islahatlar, strateji fəaliyyət istiqamətləri və Tədbirlər Planı ətraflı şəkildə müzakirə olunub.

İclas zamanı sözügedən İşçi Qrupunun üzvləri tərəfindən müxtəlif istiqamətlər üzrə təkliflər təqdim olunub, mövcud problemlər və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər