Menyu

Ölən hərbçilərin nəşləri tibbi ekspertiza şöbəsinə verilib - YENİLƏNİB

Operativ Media
Ölən hərbçilərin nəşləri tibbi ekspertiza şöbəsinə verilib - YENİLƏNİB

Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli təyyarədə şəhid olan Türkiyənin 20 hərbçisinin nəşləri bu gün Ankaranın Məhkəmə Tibbi Ekspertiza Şöbəsinə aparılıb.

Operativ Media xəbər verir ki, Tbilisidən Ankaraya gətirilən şəhidlərin cənazələri ilkin tibbi ekspertiza və şəxsiyyətin dəqiqləşdirilməsi məqsədilə tibb mərkəzinə təhvil verilib.

Müvafiq prosedurlar tamamlandıqdan sonra sabah şəhidlərlə vida və dəfn mərasimi keçiriləcək.

21:44

Gürcüstanda C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçinin nəşlərini daşıyan Türkiyə Hərbi Hava Qüvvələrinin A400M təyyarəsi Tbilisidən Türkiyəyə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarədəki heyətin bütün üzvləri həlak olub.

Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Bundan başqa, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb.

İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.

20:44

Gürcüstanda C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçinin cəsədini daşıyan Türkiyə Hərbi Hava Qüvvələrinin A400M təyyarəsi Tbilisidən Ankaraya yola düşüb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Ankarada şəhidlərlə rəsmi vida mərasimi, daha sonra isə onların dəfn mərasimi keçiriləcək.

Əlaqəli Xəbərlər