Menyu

153 milyon dollarlıq azot gübrəsi ixrac olunub

Operativ Media
 153 milyon dollarlıq azot gübrəsi ixrac olunub

Bu ilin yanvar-oktyabr aylarında ölkədən 153 milyon ABŞ dolları dəyərində 490,5 min tondan çox azot gübrəsi ixrac olunub.


Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 49,8 faiz və ya 50,8 milyon dollar, həcm baxımından isə 8 faiz və ya 36,4 min ton çoxdur.


Cari ilin ilk 10 ayında gübrənin ümumi ixracda xüsusi çəkisi 0,71 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 5,12 faizə bərabər olub.

Əlaqəli Xəbərlər