Bakı prokurorluğunun 6 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib
Operativ Media
Bakı Şəhər Prokurorluğunda intizam pozuntularına görə 6 əməkdaş cəzalandırılıb
Operativ Media xəbər verir ki, bu barədə bu gün Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı keçirilən əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, hesabat ilində Bakı şəhərinin prokurorluq orqanlarında xidməti və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb.
Nəticədə 6 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, onlardan 2 nəfər prokurorluq orqanlarından xaric edilib, 1 nəfər isə tutduğu vəzifədən azad olunub. Baş prokuror bu sahədə nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.