Arda Güler “Real Madrid”də oynadıqca “Fənərbaxça” bonus qazanır
Operativ Media
Arda Güler “Real Madrid”də meydana çıxdıqca, onun transferi ilə bağlı bonus ödənişləri aktivləşməyə davam edir.
Operativ Media xəbər verir ki, razılaşmaya əsasən, futbolçu Madrid klubunun heyətində hər 25 oyuna çıxdıqda “Fənərbaxça” 2 milyon avro gəlir əldə edir.
Türkiyə təmsilçisi Ardanın 50 oyuna çatması halında daha 4 milyon avro qazanmaq imkanına malikdir.
Bundan əlavə, “Fənərbaxça” futbolçunun mümkün gələcək satışından 20 faiz pay hüququnu da özündə saxlayır.