Menyu

AFCON qalibi Seneqal millisinin üzvlərinə pul və torpaq sahələri veriləcək

Operativ Media
AFCON qalibi Seneqal millisinin üzvlərinə pul və torpaq sahələri veriləcək

Seneqal Prezidenti Bassiru Diomaye Fay Afrika Millətlər Kubokunu (AFCON) qazanan milli komandanın üzvləri üçün iri məbləğdə mükafatlar vəd edib.

Operativ Media xəbər verir ki, prezidentin qərarına əsasən, turnirin qalibi olan milli komandanın hər bir futbolçusuna 115 min avro pul mükafatı veriləcək. Bununla yanaşı, oyunçulara Dakar bölgəsində yerləşən Petite Côte ərazisində 1500 kvadratmetr torpaq sahəsi də ayrılacaq.

Seneqal Futbol Federasiyasının hər bir üzvünə isə 75 min avro məbləğində mükafat və Petite Côte-də 1000 kvadratmetr torpaq sahəsi təqdim olunacaq.

Məlumata görə, Mərakeşə səfərdə milli komandanı müşayiət edən Nazirlik əməkdaşları arasında bölüşdürülmək üçün 465 min avro və torpaq sahələri də nəzərdə tutulub.

Bundan əlavə, baş məşqçi Pap Tiaw və milli komandanın bütün futbolçuları Seneqalın Milli Şir Ordeninin “Komandir” dərəcəsi ilə təltif olunublar.

Qeyd edək ki, Seneqal millisi 2022-ci ildə AFCON-u qazandıqdan sonra ölkənin sabiq prezidenti Maki Sall da oyunçular üçün mükafatlar açıqlamışdı. Həmin vaxt hər bir futbolçuya 87 100 ABŞ dolları, eləcə də Dakarda 0,0494 akr, Diamniadioda isə 0,124 akr torpaq sahəsi verilmişdi.

Əlaqəli Xəbərlər