Menyu

Qış təkərlərinə tələbat azalıb

Operativ Media
Qış təkərlərinə tələbat azalıb

Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir. Şaxtalı və yağışlı hava şəraiti yollarda sürüşmə və qəza riskini artırır, bu da qış təkərlərindən istifadə etməyən sürücülər üçün ciddi təhlükə yaradır. Belə şəraitdə avtomobilin təkərləri həm təhlükəsiz hərəkət, həm də yol tutumu baxımından mühüm rol oynayır.

Mövzu ilə bağlı Operativ Media-ya danışan satıcılar bildiriblər ki, Bakı şəhərində qış təkərlərinə təlabat demək olar ki, yoxdur.

Onların sözlərinə görə, qış təkərlərinə əsas tələbat Bakıdan kənar bölgələrdə, xüsusilə dağlıq rayonlarda formalaşır:

"Quba, Qax, Qəbələ kimi ərazilərdə sərt qış şəraiti qış təkərini zəruri edir. Paytaxtda isə iqlimin mülayim keçməsi və qarın qısa müddətli olması səbəbindən sürücülərin əksəriyyəti dördfəsil təkərlərə üstünlük verir və qış təkərlərinə ehtiyac duymur.

Qiymətlər təkərin ölçüsü, istehsalçı ölkəsi, brendi, rezin tərkibi və protektor quruluşuna görə dəyişir. Bazarda qış təkərlərinin qiymətləri adətən 75 manatdan başlayır, iri ölçülü və premium modellər üçün isə 1400 manata qədər və bəzən bundan da yüksək ola bilər.

Ən çox istifadə olunan ölçülərdə qiymətlər isə təxminən 100–260 manat arasında dəyişir.Satıcılar əlavə edirlər ki, bazarda qış təkərlərinin sayı məhduddur, çünki tələbat qeyri-sabitdir və iri həcmdə idxal riskli sayılır, nəticədə mövsümi qıtlıq yaranır. Qış təkərlərinə əsas maraq rayon sakinləri, bölgələrə tez-tez səfər edən sürücülər, taksi fəaliyyəti ilə məşğul olanlar və bəzi avtomobil modellərinin sahibləri tərəfindən göstərilir".

Əlaqəli Xəbərlər