Menyu

AFFA prezidenti "Qarabağ"ı təbrik etdi

Operativ Media
AFFA prezidenti "Qarabağ"ı təbrik etdi

AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda Almaniyanın “Ayntraxt” klubu üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

Operativ Media xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib:

“UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda “Qarabağ” Futbol Klubu böyük əzmkarlıq nümayiş etdirərək Almaniyanın güclü təmsilçisi “Ayntraxt” üzərində inamlı qələbə qazandı.

Bu uğurlu nəticə münasibətilə komandamızı və bütün azarkeşlərimizi ürəkdən təbrik edir, növbəti oyunlarda yeni qələbələr arzulayırıq”.

Əlaqəli Xəbərlər