PSJ-nin futbolçusu Lukas Ernandes və həyat yoldaşı insan alveri ittihamı ilə üzləşib
Operativ Media
PSJ-nin fransalı futbolçusu Lukas Ernandes və həyat yoldaşı insan alveri və gizli əmək istismarı ilə bağlı ittiham olunublar.
Operativ Media xəbər verir ki, bu haqda Fransa mətbuatı məlumat yayıb.
Kolumbiyalı bir ailə iddia edir ki, onlar 2024-cü ilin sentyabrından 2025-ci ilin noyabrınadək heç bir hüquqi əmək münasibəti olmadan Ernandes cütlüyü üçün çalışdırılıblar. Ailənin bildirdiyinə görə, hər bir üzv həftədə 72–84 saat işləməyə məcbur edilib və onlarla əmək müqaviləsi bağlanmayıb.
Məlumata görə, ailə faktla bağlı Versal şəhərinin prokurorluğuna rəsmi şikayət təqdim edib. Hazırda məsələ araşdırma mərhələsindədir.
Qeyd edək ki, irəli sürülən ittihamlar hələ sübuta yetirilməyib və bu iş üzrə məhkəmə qərarı yoxdur.