Menyu

Sumqayıtda mağazadan oğurluq edən şəxs həbs edilib

Operativ Media
Sumqayıtda mağazadan oğurluq edən şəxs həbs edilib

Sumqayıt şəhərində yerləşən mağazaların birində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, bir nəfər mağazada heç kimin olmamasından istifadə edərək oradan mobil telefon oğurlayıb.

Operativ Media xəbər verir ki bu barədə DİN məlumat yayıb.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı A.Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.


Araşdırma aparılır.

Əlaqəli Xəbərlər