Xəqani Rüstəmov küçəsindən Babək prospektinə çıxan hissədə hərəkət tam məhdudlaşdırılacaq
Operativ Media
Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, noyabrın 22-də saat 00:00-dan etibarən Bakının Xətai rayonu, Xəqani Rüstəmov küçəsindəki dairədən Babək prospektinə çıxan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Operativ Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.
Qeyd edilib ki, sürücülər alternativ olaraq Nəcəfqulu Rəfiyev küçəsindən istifadə edə bilərlər.