Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 695,4 milyon dollar dəyərində 660,4 min tondan çox meyvə və tərəvəz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 30 faiz, həcmi isə 28,1 faiz artıb.
Cari ilin ilk 10 ayında tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 3,21 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 23,28 faizə bərabər olub.