Menyu

Zelenski Tramp ilə noyabrın 27-də görüşəcək

Operativ Media
Zelenski Tramp ilə noyabrın 27-də görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 27-də Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşə bilər.

Operativ Media xəbər verir ki, bu barədə "Axios" nəşrinə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiya ilə davam edən müharibənin başa çatdırılması üçün sülh sazişinin razılaşdırılması məqsədilə görüşün "mümkün qədər tez" keçirilməsinə çalışır, bu istiqamətdə Kiyev və Vaşinqton fəal işləyir.

Yermakın sözlərinə görə, görüşün cümə günü, noyabrın 27-də baş tutması mümkündür. Ağ Ev Zelenskinin ABŞ-də keçiriləcək Şükranlıq günündən əvvəl Trampın sülh planını imzalayacağını gözləyir.

Əlaqəli Xəbərlər