Menyu

İndoneziya 3 növ ətin istehlakını və satışını qadağan edib

Şəfa Hüseynli
İndoneziya 3 növ ətin istehlakını və satışını qadağan edib

İndoneziyanın paytaxtı Cakartanın hakimiyyət orqanları quduzluğun yayılmasının qarşısını almaq məqsədilə it, pişik və yarasa ətinin satışını və istehlakını qadağan edən qanun qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə "The Straits Times" məlumat yayıb.

Heyvan haqları müdafiəçiləri qadağanı alqışlayaraq, bunu düzgün istiqamətdə atılan addım adlandırıblar.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, İndoneziyada hər il çoxlu insan quduzluqdan ölür. Ölkənin səhiyyə nazirliyi 2025-ci ilin yanvar-mart ayları arasında 25 ölüm faktını qeydə alıb. Əhalisinin əksəriyyəti müsəlman olan İndoneziyada itlər ümumiyyətlə natəmiz sayılır, lakin onların əti bəziləri tərəfindən ucuz protein mənbəyi kimi istehlak edilir.

Əlaqəli Xəbərlər