Menyu

Ceyhun Bayramov Roma Papası ilə görüşüb

Operativ Media
Ceyhun Bayramov Roma Papası ilə görüşüb
1 dəq oxu

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə XİN başısı "X" hesabında yazıb.

O bildirib ki, Azərbaycan və Müqəddəs Taxt-tac arasında dinlərarası dialoqun və multikulturalizmin təşviqi üçün vacib olan güclü münasibətlər mövcuddur:

"Azərbaycanın dövlət siyasətinin təməl daşını təşkil edən dinlərarası dialoq üçün iki ölkə arasındakı münasibətlər nümunə rolunu oynayır".

Əlaqəli Xəbərlər