Tramp: Ağ Evdəki atışmaya görə məsuliyyət daşıyanları ağır cəza gözləyir
Operativ Media
ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında Milli Qvardiyanın iki əsgərinə qarşı həyata keçirilən hücumu terror aktı və millətə qarşı cinayət adlandırıb.
Operativ Media xəbər verir ki, Amerika lideri videomüraciətində cinayətkarın ən ağır cəzaya məruz qalacağını bildirib.
"Bu iyrənc hücum şər, nifrət və terror aktı idi. Bu, bütün xalqımıza və insanlığa qarşı cinayət idi. Bu gecə bütün amerikalıların ürəyi həmin iki Qərbi Virciniya Milli Mühafizəçisi və onların ailələri ilədir".
“Birləşmiş Ştatların prezidenti kimi mən bu vəhşiliyi törədən şəxsin son bədəlini ödəməsini təmin etməkdə qərarlıyəm”, – Amerika lideri əlavə edib.