Kamran İbrahimov: Bu ilin ilk 3 rübündə 147 tibb müəssisəsində monitorinq aparılıb

"Bu ilin ilk 3 rübündə 147 tibb müəssisəsi üzrə 699 monitorinq aparılıb".
Operativ Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq şöbəsinin baş məsləhətçisi Kamran İbrahimov bildirib.
O, monitorinq fəaliyyətinin tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində tibbi xidmətin göstərilməsi prosesinin keyfiyyətinin, icrasına nəzarət və xidmət yükünün qiymətləndirilməsi baxımından aparıldığını qeyd edib.
Kamran İbrahimov monitorinq nəticələrinin xidmətlərin göstərilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə əsas baza rolu oynadığını bildirib: “Bu ilin ilk 3 rübündə 147 tibb müəssisəsi üzrə 699 monitorinq aparılıb. Monitorinqlər əsasən vətəndaşların tibb müəssisələrinə qəbulu və qeydiyyatının təşkili, laboratoriya xidmətlərinin fəaliyyəti, eləcə də sığorta çərçivəsində tibbi xidmətlər üçün göndəriş vərəqələrinin verilməsi prosesinin düzgün icrası istiqamətlərini əhatə edib".