Prezident İlham Əliyev İranla bağlı suala cavab verib

Azərbaycan Prezidenti İlham Əliyev İranla bağlı suala cavab verib.
"Hər bir ölkə, o cümlədən Azərbaycan, təkcə öz sərhədləri daxilində deyil, həm də sərhədlərindən kənarda sabitlik barədə düşünməlidir".
Operativ Media xəbər verir ki, bu sözləri Ölkə başçısı “Euronews” televiziyasına müsahibəsində bildirib.
"Azərbaycanla bağlı qeyd etməliyəm ki, ölkə daxilində heç bir potensial risk görmürük. Əsas məqsədimiz sabitliyin qorunması, regional əməkdaşlığın gücləndirilməsi və tərəfdaşlarımıza etibarlı enerji təchizatının təmin edilməsidir.
Bütün potensial risklər xaricdən gələ bilər. Məhz buna görə də bizim üçün qonşuluğumuzda sabitlik daim diqqət mərkəzində olan məsələdir və İran ətrafında baş verə biləcək mümkün destabilizasiya bizi narahat edir.
Bizim üçün regionda sabitlik, proqnozlaşdırıla bilənlik və sülh ən böyük dəyərdir.
Biz işğaldan, müharibədən əziyyət çəkmişik, minlərlə insan itirmişik. Bu gün isə hər bir ölkə üçün sabitlik və təhlükəsizlik uğurun yeganə yoludur". - Prezident qeyd edib.