Nazir müavini: Məktəblərdə İKT əlçatanlığı əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb
"Biz gənc, bacarıqlı və rəqabətədavamlı kadrların ölkəmizin davamlı inkişafını təmin etməsini təmin etməyə çalışırıq".
Operativ Media xəbər verir ki, bu barədə "Məktəblilərarası Milli Hakaton-2025" müsabiqəsinin qalibləri mükafatlandırılması mərasimində Elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib.
Onun sözlərinə görə, yeni nəslin bir həqiqəti anlaması vacibdir:
"Dövlətimizin əsas nailiyyətləri - təhlükəsizlik, suverenlik və sülh - ölkə rəhbərliyi və ordumuzun cəsarəti sayəsində mümkün olub. Hər birimiz bunu dərindən qiymətləndirməli və vətənimizə xidmət etməyin mənəvi borcumuz olduğunu anlamalıyıq. Tarix göstərir ki, birlik, zəhmət və əzmkarlıq sayəsində istənilən çətinliyin öhdəsindən gəlmək olar. Sizdən əvvəlki nəsil bunu nümunə ilə - öz işləri, dözümlülükləri və Azərbaycana sədaqətləri ilə sübut edib.
Bu gün yeni imkanlar və hədəflərdən danışarkən vurğulamaq istəyirəm ki, insan kapitalının qurulması ən vacib vəzifələrdən biridir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş strategiya çərçivəsində addım-addım genişmiqyaslı işlər görülür və biz artıq onun nəticələrini görürük. Bu strategiya 2002-ci ildə qəbul edildikdə, məktəblərdə kompüter və internetə çıxış səviyyəsi arzuolunan səviyyədən çox uzaq və müasir tələblərə uyğun deyildi. Lakin bu gün demək olar ki, bütün məktəblərdə lazımi şərait var".