Menyu

Azərbaycanla Ruanda arasında təhsil sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

Operativ Media
Azərbaycanla Ruanda arasında təhsil sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

2025-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

Operativ Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ruanda Respublikası Hökumətinə bildiriş göndərəcək.

Əlaqəli Xəbərlər