Menyu

Azərbaycan və Çinin "Universal Energy" şirkəti arasında fikir mübadiləsi aparılıb - Fotolar

Operativ Media
Azərbaycan və Çinin "Universal Energy" şirkəti arasında fikir mübadiləsi aparılıb - Fotolar

Azərbaycan və Çinin "Universal Energy" şirkəti arasında uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası üzrə təcrübəsi barədə fikir mübadiləsi aparılıb.

Operativ Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi olan 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasında birinci panelin quraşdırılması çərçivəsində Azərbaycanda səfərdə olan "Universal Energy" şirkətinin prezidenti Nan Yi ilə görüşüb.

"Stansiyanın inşasının gedişi, əməkdaşlığın genişləndirilməsi, imkanları, eləcə də şirkətin uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası üzrə təcrübəsi barədə fikir mübadiləsi apardıq. Stansiyanın inşası çərçivəsində bu gün ilk panelin quraşdırılması və tikinti işlərinin gedişatı yüksək qiymətləndirilib", - deyə P. Şahbazov qeyd edib.

Söhbət zamanı "Universal Energy" şirkəti ilə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib. Müasir günəş enerjisi texnologiyası, həmçinin şirkətin uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası kimi vanadium əsaslı batareyalar üzrə təcrübəsi, bu texnologiyanın "yaşıl enerji" ixracı layihələrində tətbiqi perspektivləri nəzərdən keçirilib.




Fotogalereya

Əlaqəli Xəbərlər