Azərbaycanda 2836 vəkil fəaliyyət göstərir
Operativ Media
Azərbaycanda 2836 vəkil fəaliyyət göstərir.
Operativ Media xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası 2025-ci il fəaliyyəti ilə bağlı hesabatında yer alıb.
Bildirilib ki, 2025-ci ildə vəkillərin ümumi sayı artaraq 2 836 nəfərə çatıb.
Hazırda fəaliyyət göstərən 2 836 vəkildən 2 203 nəfəri (77,68%) kişi, 633 nəfəri (22,32%) qadındır. Onlardan 2 314 nəfəri (81,59%) Bakıda, 522 nəfəri (18,41%) isə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. Bu göstəricilər vəkillik institutunun inkişaf dinamikasının davamlı xarakter daşıdığını təsdiqləyir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net