Menyu

Elnur Əliyev: 400-ə yaxın məktəbə metodik dəstək göstərilir

Şəfa Hüseynli
Elnur Əliyev: 400-ə yaxın məktəbə metodik dəstək göstərilir

400-ə yaxın məktəbə metodik dəstək göstərilir.

Operativ Media xəbər verir ki, bunu “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransda Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru vəzifələrini müvəqqəti icra edən, Elm və Təhsil nazirinin müşaviri Elnur Əliyev bildirib.

Onun sözlərinə görə, metodistlərin qarşısında duran əsas vəzifələrdən biri məktəblər arasında qarşılıqlı öyrənmənin inkişaf etdirilməsidir.

Elnur Əliyev qeyd edib ki, metodistlər öz peşəsini yaxşı bilən, təcrübəli həmkarlar arasından seçilir:

“Metodist olmaq üçün 500 nəfər müraciət edib, onların 350-si seçilib. Seçilən metodistlər üçün məktəblərdə xüsusi təlimlər təşkil olunacaq”.

Əlaqəli Xəbərlər