Menyu

Azərbaycan və ABŞ süni intellekt və yeni texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edib

Operativ Media
Azərbaycan və ABŞ süni intellekt və yeni texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfəri çərçivəsində "Ağ Ev"in Elm və Texnologiya Siyasəti Ofisinin rəhbəri İtan Klayn ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.

Məlumata görə, görüşdə süni intellekt və yeni texnologiyalar sahəsində əməkdaşlıq, beynəlxalq standartlara uyğun kadr hazırlığı, eləcə də enerji və kibertəhlükəsizlik istiqamətlərində birgə fəaliyyət və təlim imkanları müzakirə edilib.

Həmçinin ABŞ şirkətləri ilə Azərbaycan arasında daha sıx tərəfdaşlığın qurulması və bu istiqamətdə atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.

İki ölkə arasında normativ-hüquqi bazanın genişləndirilməsi, bu çərçivədə İKT və süni intellekt sahələrinin xüsusi yer almasının vacibliyini vurğulanıb.

Əlaqəli Xəbərlər