Menyu

Microsoft xidmətlərində qlobal nasazlıq yaranıb

Nicat Hüseynli
Microsoft xidmətlərində qlobal nasazlıq yaranıb
1 dəq oxu

Microsoft-un qlobal infrastrukturunda baş verən nasazlıq Teams, Outlook və Copilot daxil olmaqla bir sıra xidmətlərin fəaliyyətində problemlərə səbəb olub.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, istifadəçilər e-poçt göndərmək və qəbul etmək, fayllara və təqvim məlumatlarına daxil olmaqda çətinlik çəkirlər. Nasazlıq məktəblərə, tibb müəssisələrinə və biznes subyektlərinə də təsir göstərib.

Microsoft problemin kibertəhlükəsizlik insidenti ilə əlaqəli olmadığını bildirib. Şirkət nasazlığın aradan qaldırılması istiqamətində işləri davam etdirir.

Əlaqəli Xəbərlər