Menyu

“Claude” platformasında qlobal kəsinti baş verib

Nicat Hüseynli
“Claude” platformasında qlobal kəsinti baş verib
1 dəq oxu

“Anthropic” şirkətinin süni intellekt köməkçisi “Claude”da yaranan nasazlıq səbəbindən minlərlə istifadəçi platformaya daxil ola bilməyib.

Operativ Media xəbər verir ki, bu barədə “DownDetector” məlumat yayıb.

Məlumata əsasən, xidmətin fəaliyyətində problemlərlə bağlı çoxsaylı şikayətlər qeydə alınıb.

Şirkətin rəsmi status səhifəsində “claude.ai”, “Claude Code” və “platform.claude.com” xidmətlərində xəta hallarının artdığı təsdiqlənib.

Problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Əlaqəli Xəbərlər