Ana səhifə / İqtisadiyyat / AMB uçot dərəcəsini azaldıb AMB uçot dərəcəsini azaldıb 10.12.2025, 11:01 Operativ Media Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,75 %-ə endirilməsi barədə qərar qəbul edib.Operativ Media xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov öz "X" hesabında paylaşım edib.Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6 %-dən 5,75 %-ə, yuxarı həddi isə 8 %-dən 7,75 %-ə endirilib.