Pərviz Şahbazov türkiyəli həmkarı ilə enerji əməkdaşlığını müzakirə edib
Operativ Media
Energetika naziri Pərviz Şahbazov İstanbulda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla danışıqlar aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Pərviz Şahbazov öz "X" hesabında paylaşım edib.
Məlumata görə, görüşdə ikitərəfli və regional xarakterli enerji əməkdaşlığının inkişafına dair müzakirələr aparılıb.
Həmçinin, Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında həyata keçirilən elektrik enerjisi bağlantıları müstəvisində birgə fəaliyyət dəyərləndirilib.