Menyu

Bakıda bir və iki otaqlı kirayə mənzillərin qiymətləri bahalaşıb

Ayşən Sadıxzadə
Bakıda bir və iki otaqlı kirayə mənzillərin qiymətləri bahalaşıb

Paytaxtın kirayə mənzil bazarında vəziyyət qeyri-stabil olaraq dəyişir. Belə ki, bəzi ərazilərdə qiymətlər artsa da, digərində ucuzlaşma müşahidə olunur. Rieltorlara görə 20 Yanvar dairəsi, Alatava, Zığ–Hövsan istiqaməti və Həzi Aslanov metrosunun ətrafında kirayə qiymətləri artıq demək olar ki, mərkəzlə eyni səviyyəyə çatıb. Bahalaşma əsasən bir və iki otaqlı mənzillərdə qeydə alınır.

Operativ Media xəbər verir ki, şəhərə yaxın ərazilərdə qiymətlər daha yüksəkdir, mərkəzdən uzaqlaşdıqca isə ucuzlaşma müşahidə olunur. Xətai rayonunda, xüsusən də Ağ Şəhər ərazisində qiymət artımı digər yerlərlə müqayisədə iki qat daha çoxdur. Şəhər daxilində bir otaqlı mənzillərin kirayəsi orta hesabla 550–600 manatdan başlayır. Şəhərdən kənarda, məsələn Nizami və digər kənar rayonlarda isə qiymətlər 400–450 manat səviyyəsindədir. Pirallahı və digər uzaq ərazilərdə kirayə daha ucuzdur — minimum 250–300 manatdan başlayır. Sabunçu və Suraxanı rayonlarında da qiymətlər nisbətən sərfəlidir.

Bu ərazilərdə tələb əsasən 50–60 kvadratmetrlik mənzillərədir. Xəzər, Qaradağ və Pirallahıda aşağı qiymətə kirayə mənzil tapmaq mümkündür ki, bunun da əsas səbəbi həmin yerlərdə tələbin zəif olmasıdır. Həyət evləri və xüsusən Suraxanı rayonu ilə Binə qəsəbəsi, Sabunçu rayonu ilə Maştağa qəsəbəsi kimi ərazilərdə kirayə mənzillər daha ucuz başa gəlir. Şəhərdən uzaq olduqları üçün mənzillər uzun müddət icarəçi tapmaya bilir. Bu səbəbdən sakinlər istilik sistemi olan binalara daha çox üstünlük verirlər. Həyət evlərində kirayə qiymətləri əsasən 150–250 manat civarındadır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirir ki, kirayə bazarındakı qeyri-stabil vəziyyətin əsas səbəbi təklif və tələbin balanssız olmasıdır. Mərkəzə yaxın ərazilərdə tələb yüksək olduğundan qiymətlər mütəmadi artır. Kənar ərazilərdə isə bunun əksi müşahidə olunur. Əhalinin böyük hissəsi mərkəzə yaxın yaşayış yerlərinə üstünlük verdiyi üçün həmin zonalarda qiymət artımı davam edir.

Ekspert qeyd edir ki, gələn ildən fiziki şəxslərə tətbiq olunan vergi 14%-dən 10%-ə endiriləcək. Lakin kirayə gəlirlərinin rəsmiləşdirilməsi artırılarsa, vergi öhdəlikləri kirayə mənzil bazarında qiymət artımına səbəb ola bilər. Onun sözlərinə görə, sahəsi kiçik olan rayonlarda kirayə mənzillərin qiyməti daha sürətlə artır. Burada infrastruktur və nəqliyyatın əlçatanlığı da əsas rol oynayır.

Daha ətraflı sujetdə:

Əlaqəli Xəbərlər