Ərdoğan Aşqabadda Qurbanqulu Berdiməhəmmədovla görüşüb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabada səfəri çərçivəsində Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Görüşün detalları açıqlanmayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti "Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu"nda iştirak etmək üçün Aşqabadda səfərdədir. Həmçinin Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü qeyd olunur.
22:11
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana səfəri başlayıb.
Operativ Media xəbər verir ki, onun təyyarəsi Aşqabad Beynəlxalq Hava Limanına eniş edib.
Burada Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi baş tutub.
Ərdoğanı Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Məmmədxan Çakıyev və Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok qarşılayıb.
Qeyd edək ki, Ərdoğanı xanımı Əminə Ərdoğan, xarici işlər naziri, enerji və təbii ehtiyatlar naziri, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri və Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri müşayiət edir.
17:45
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfər edib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.