Rəsmi Ankara Türkiyə gəmisinə hücumu pisləyən bəyanat yayıb - YENİLƏNİB
Qaradənizdə Rusiyanın avia-zərbələri nəticəsində Türkiyə şirkətinə məxsus yük gəmisinə ciddi ziyan dəyib, heyət təxliyə olunub.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ankara müharibənin Qara dənizə yayılmasından və naviqasiya azadlığının pozulmasından narahatlığını bir daha ifadə edib.
Türkiyənin Odessadakı Baş Konsulluğu vəziyyəti yaxından izləyir və vətəndaşlara lazımi dəstək göstərir.
Qeyd edək ki, bu gün axşam saatlarında Ukraynanın Odessa limanında Türkiyəyə məxsus yük gəmisinə endirilən avia-zərbə nəticəsində yanğın baş verib.
Bildirilir ki, "Cenk T" gəmisi Rumıniyadan Ukraynaya dizel, benzin və qaz generatorları daşıyırmış.
20:59
Türkiyə şirkətinə məxsus yükdaşıma gəmisi Odessanın Çernomorsk limanında Rusiyanın raket hücumuna məruz qalıb.
Operativ Media xəbər verir ki, bu barədə "Report"un Şərqi Avropa bürosuna İvano-Frankovsk vilayətindəki Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov məlumat verib.
"CENK RORO" gəmisinin yükdaşıma avtomobilləri daşıdığı bildirilib. Hücum zamanı Azərbaycan qeydiyyatı olan 10-dək avtomobildaşıyan texnikanın da hədəfə alındığı ehtimal olunur.
Ölən və yaralananlar barədə məlumat verilməyib.