Ölkə iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi açıqlanıb
Bu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 16 658,9 milyon manat investisiya yönəldilib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
İnvestisiyaların 4 717,5 milyon manatı neft-qaz sektorunun, 11 941,4 milyon manatı isə qeyri-neft-qaz sektorunun inkişafına yatırılıb. Qeyri-neft-qaz sektorunun inkişafına sərf edilən investisiyanın 2 107,2 milyon manatı (ümumi sərmayənin 12,6 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.
Bu ilin ilk 11 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 3 592,6 milyon manat investisiya yönəldilib ki, bu da əvvəlki ilin göstəricisindən 31,3 faiz çoxdur.
Əsas investor ölkələr aşağıdakılardır:
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
Birləşmiş Ərəb Əmirlikləri
Türkiyə
Rusiya
ABŞ
İsveçrə
Yaponiya
İran
Macarıstan
Fransa
Hindistan