Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 44 589,48 milyon ABŞ dolları təşkil edib
Operativ Media
Bu ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 44 589,48 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrünə nisbətən 3,4 faiz çoxdur.
Cari ilin ilk 11 ayında ixrac əməliyyatlarının dəyəri 23 401,21 milyon dollar, idxal əməliyyatlarının dəyəri isə 21 188,27 milyon dollar təşkil edib. Nəticədə ölkənin xarici ticarətində 2 212,94 milyon dollar məbləğində müsbət saldo yaranıb.