Menyu

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 18,7 milyard dolları üstələyib

Operativ Media
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 18,7 milyard dolları üstələyib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin müvafiq dövrünə nisbətdə 5,3 faiz artaraq 18,7 milyard dolları üstələyib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Azərbaycandan Avropa İttifaqı ölkələrinə ixrac: 16,178 milyard dollar (+6,1 faiz)

Avropa İttifaqı ölkələrindən Azərbaycana idxal: 2,537 milyard dollar (+1 faiz)

Cari ilin ilk 11 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Avropa İttifaqı ölkələri ilə ticarətin payı 41,97 faiz təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 0,77 faiz bəndi çoxdur.

Əlaqəli Xəbərlər