Menyu

Azərbaycana hibrid avtomobil idxalı kəskin artıb

Operativ Media
Azərbaycana hibrid avtomobil idxalı kəskin artıb

Bu ilin yanvar-noyabr ayları ərzində ölkəyə 1,13 milyard ABŞ dolları dəyərində 58,4 mindən çox hibrid avtomobil idxal olunub.

Operativ Media Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 1,9 dəfə, say baxımından isə 2,6 dəfə üstələyir.

Hesabat dövründə idxal edilən hibrid avtomobillərin strukturunda HEV (Hybrid Electric Vehicle) tipli avtomobillərin payı 25,5 faiz, PHEV (Plug-in Hybrid Electric Vehicle) tipli avtomobillərin payı isə 74,5 faiz təşkil edib.

Cari ilin ilk 11 ayında ölkəyə 315,2 milyon dollar dəyərində 14,8 mindən çox HEV avtomobilləri idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 faiz az, say baxımından isə 5 faiz çoxdur. Bununla yanaşı, 815 milyon dollarlıq 43,5 min ədəd PHEV tipli avtomobillər idxal edilib. Bu, bir il öncəki göstəriciləri müvafiq olaraq 3,2 və 5,1 dəfə üstələyir.

Ümumilikdə cari ilin yanvar-noyabr ayları ərzində ölkəyə təqribən 2 milyard dollar (+19,5 faiz) dəyərində 104,4 mindən (+25,9 faiz) çox nəqliyyat vasitəsi idxal edilib. Hesabat dövründə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 56 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 28,7 faiz bəndi çoxdur.

Əlaqəli Xəbərlər