Menyu

Azərbaycan-İsrail iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

Operativ Media
Azərbaycan-İsrail iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

İsrailin Maliyyə Nazirliyində nazir Zeev Elkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəmində olan aktual məsələlərə dair fikir mübadiləsi aparılıb.

Operativ Media xəbər verir ki, İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov İsrailin Maliyyə Nazirliyində nazir, Birgə Komissiyanın həmsədri Zeev Elkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə İsraillə iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, əməkdaşlığın gündəmində olan aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, mövcud potensialdan səmərəli istifadə iki ölkə arasında iqtisadi tərəfdaşlığın daha da dərinləşməsinə, qarşılıqlı investisiyaların və ticarət dövriyyəsinin artırılmasına töhfə verə bilər.

Müzakirələr zamanı enerji, ticarət, investisiya, kənd təsərrüfatı, rəqəmsallaşma, innovasiya, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi imkanları vurğulanıb. Tərəflər Azərbaycan–İsrail Birgə Komissiyasının 4-cü iclasında qeyd edilmiş prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Əlaqəli Xəbərlər